...

Ağ Ev aydınlıq gətirdi - Trampın İrlandiyaya səfəri hələlik müzakirə olunur

Dünya xəbərləri Materials 11 Sentyabr 2018 22:19 (UTC +04:00)
ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır.
Ağ Ev aydınlıq gətirdi - Trampın İrlandiyaya səfəri hələlik müzakirə olunur

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır.

Trend-in məlumatına görə, bunu jurnalislərə Ağ Evin mətbuat katibi Sara sanders deyib.

S.Sanders bildirib: "Prezident əvvəl elan olunduğu kimi noyabrda Parisə gedəcək. Biz, hələ ki İrlandiyaya səfər olub-olmayacağını müzakirə edirik. Detallar dəqiqləşən kimi, sizə məlumat verəcəyik".

Öz növbəsində İrlandiya hökumətinin nümayəndəsi "Reuters" agentliyinə bildirib ki, "ABŞ prezidentinin nəzərdə tutulan səfəri təxirə salınıb". Onun sözlərinə görə, "ABŞ tərəfi səbəb olaraq sıx iş qrafikini göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti