...

"Formula-1" Sinqapur Qran-Prisinin sonuncu günündən reportaj (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 00:18 (UTC +04:00)
Bu gün "Formula-1" sinfində avtomobil yarışları üzrə dünya çempionatının 15-ci etapı - Sinqapur Qran-Prisi başa çatıb.
"Formula-1" Sinqapur Qran-Prisinin sonuncu günündən reportaj (FOTO/VİDEO)

Sinqapur. Trend:

"Formula-1" sinfində avtomobil yarışları üzrə dünya çempionatının 15-ci etapı - Sinqapur Qran-Prisi başa çatıb.

Cümə və şənbə günləri sərbəst yürüşlərin birinci, ikinci, üçüncü hissələri və kvalifikasiya baş tutub. Bu gün isə proqram yarışla başa çatıb. Yarış "Marina Bey" trasında keçirilib.

Trend-in məlumatına görə, yarışların qalibi "Mercedes” komandasının Böyük Britaniyalı pilotu Lyuis Hemilton olub. Finiş xəttinə ikinсi “Red Bull” komandasının pilotu Maks Ferstappen çatıb. Üçüncü isə “Ferrari” komandasını təmsil edən alman pilot Sebastyan Fettel olub.

Bu Lyuis Hemiltonun Sinqapur Qran-Prisinində 4-cü qələbəsidir (2009, 2014, 2017 və 2018-ci illər).

Hemilton 281 xal toplayaraq ümumi hesabda liderliyini möhkəmlədib. Fettel 241 xalla ikinci, Kimi Raykkonen (“Ferrari” komandasının finlandiyalı pilotu) isə 174 xalla üçüncüdür.

"Formula-1"in növbəti etapı Rusiyada "Soçi Avtodrom" trasında 28-30 sentyabr tarixlərində keçiriləcək.

Trend oxucularına Sinqapur Qran-Prisinin sonuncu günündən reportaj təqdim edir.

(Foto: Dilavər Nəcəfov, İlahə Məmmədli)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti