Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulda naməlum şəxs yoldan keçənlərə atəş açıb.
Trend-in məlumatına görə, hücum nəticəsində 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis atəş açan şəxsi axtarır.
Hadisə ilə bağlı araşdırma aparılır.