...

Nigeriyada daşqınlar 199 nəfəri öldürdü

Dünya xəbərləri Materials 27 Sentyabr 2018 14:40 (UTC +04:00)
Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb.
Nigeriyada daşqınlar 199 nəfəri öldürdü

Bakı. Trend:

Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb. Trend-in məlumatına görə, ölkənin 4 ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb.

Ölkənin Fövqəladə vəziyyətlər üzrə Agentliyi daşqınlar baş verən ştatlara yaxın ərazilərin də nəzarətdə saxlanıldığını bildirib.

Nigeriya hökuməti artıq sentyabrın 18-dən ölkənin 4 ştatında daşqınlar səbəbindən milli fəlakət elan edib. Xilasetmə və tibbi yardım işlərinin aparılması üçün mərkəz açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti