...

Haitidə 5.8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 Oktyabr 2018 05:51 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Şənbə günü Haitinin şimal sahilində 5.8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti