...

Sel Rusiyada da iki nəfəri öldürdü

Dünya xəbərləri Materials 25 Oktyabr 2018 10:57 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Rusiyada leysan yağışlar ölümə səbəb olub.

Trend-in məlumatına görə, Krasnodar vilayətinin Tuapsin şəhərini su basması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb, daha bir nəfər isə itkin düşüb.

Yerli hüquq-mühafizə qurumlarının yaydığı məlumatda qeyd olunur ki, sonuncu leysan yağışlarından sonra şəhəri su basıb. Selin güclü olması səbəbindən Taps yolundakı körpü uçub, dəmir yolları qapanıb, qatarlarda gecikmə qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti