Bakı. Trend:
Çinin Çuntsin şəhərində yerli vaxtla saat 10:00-da avtobus çaya düşüb.
Trend-in məlumatına görə, sərnişin avtobusu qarşı hərəkət zolağına çıxan minik avtomobili ilə toqquşub və Yantzı çayına düşüb.
Bildirilir ki, avtobusun çaya aşması nəticəsində azı 1 nəfər həlak olub. Avtobus 22 nömrəli marşrut xətti üzrə hərəkət edirmiş.
Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı araşdırma aparılır.