Polşada ticarət qalereyasında tavan çöküb: 7 nəfər xəsarət alıb

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2018 05:45 (UTC +04:00)

Bakı. Trend:

Polşada ticarət qalereyasında tavanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə ölkənin cənub-şərqində Jeşuv şəhərində baş verib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onların vəziyyəti normaldır. Hadisədən sonra axtarış-xilasetmə qrupu ticarət mərkəzinə cəlb olunub, mərkəzdə olanlar təxliyə olunub. Xilasedicilərin sözlərinə görə, dağıntlar altında qalan yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti