Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şərqindəki Malatya əyalətində terror aktının qarşısı alınıb.
Trend-in məlumatına görə, polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib.
Avtomobildə 28 kiloqram həcmində partlayıcı maddə olub.
Hadisə ilə əlaqədar 3 nəfər saxlanalıb.
Qeyd edək ki, ötən gün Mardin əyalətində də terror aktının qarşısı alınmışdı.