...

Estoniya BMT-nin miqrasiya haqqında sazişini dəstəkləməkdən imtina edib

Dünya xəbərləri Materials 16 Noyabr 2018 04:35 (UTC +04:00)
Estoniya höküməti BMT-nin miqrasiya haqqında qlobal sazişini dəstəkləməkdən imtina edib və bu, respublikanın sazişə qoşulmaqdan imtina etməsi deməkdir
Estoniya BMT-nin miqrasiya haqqında sazişini dəstəkləməkdən imtina edib

Bakı. Trend:

Estoniya höküməti BMT-nin miqrasiya haqqında qlobal sazişini dəstəkləməkdən imtina edib və bu, respublikanın sazişə qoşulmaqdan imtina etməsi deməkdir.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, BMT-nin təhlükəsiz, qaydaya salınmış və tənzimlənən miqrasiya haqqında ümumdünya sazişi bu ilin iyul ayında BMT-yə üzv dövlətlər tərəfindən, ABŞ-dan başqa, razılaşdırılıb.

Estoniyanın xairici işlər naziri Sven Mikser iclasda hökümətə sazişi dəstəkləmək təklifi ilə çıxış edib, ədliyyə naziri Urmas Reynsalu isə sazişi dəstəkləməmək təklifi ilə çıxış edib. Keçirilən müzakirələr zamanı hökumət miqrasiya haqqında saziş məsələsində həmrəy qərar qəbul edə bilməyib.

Xatırladaq ki, daha əvvəl Estoniya prezidenti Kersti Kalyulayd bildirib ki, Estoniya höküməti saziş məsələsində həmrəy qərar qəbul edə bilməsə, o, BMT-nin Mərakeşdəki konfransına getməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti