Bakı. Tural Turan - Trend:
İnquşetiyada 4.3 bal gücündə zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, xəsarət alan olmayıb.
Hadisə yerli vaxtla saat 22:57-də baş verib. Zəlzələnin gücü 4.3 bal təşkil edib. Zəlzələnin episentri Qarabulaq şəhərindən 2.5 km cənub şərqdə, ocağı isə 19 km dərinlikdə yerləşib.
Xəsarət alanlar barədə zənglər daxil olmayıb.