...

Şeremetyevo hava limanının uçuş-eniş zolağında kişi meyiti tapılıb

Dünya xəbərləri Materials 21 Noyabr 2018 00:17 (UTC +04:00)
Rusiyanın Şeremetyevo hava limanının uçuş-eniş zolağında "Boeing 737" təyyarəsinin havaya qalxmasından sonra kişi meyiti aşkar edilib
Şeremetyevo hava limanının uçuş-eniş zolağında kişi meyiti tapılıb

Bakı. Trend:

Rusiyanın Şeremetyevo hava limanının uçuş-eniş zolağında "Boeing 737" təyyarəsinin havaya qalxmasından sonra kişi meyiti aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə təcili xidmətlərdəki mənbə bildirib.

Agentliyin sözçüsü deyib ki, kişinin bədənin mexaniki xəsarətlərin izləri aşkar edilib.

Hava limanının nümayəndəsi uçuş-eniş zolağında meyitin tapılmasını təsdiq edib və kimliyinin təyin edildiyini bildirib.

Hadisə yerinə uçuşların axtarış və qəza-xilasetmə təminatı xidmətləri, fəlakətlər üzrə tibb mərkəzinin briqadaları, təcili yardım briqadaları, aviasiya təhlükəsizliyi xidməti və nəqliyyat polisi cəlb edilib.

Xəbər lenti

Xəbər lenti