...

İranda buğda əkini sahələri 1,5% artıb

Dünya xəbərləri Materials 25 Noyabr 2018 07:15 (UTC +04:00)
Cari ildə (21 mart 2018-dən başlayaraq) ötən illə müqayisədə İranda buğda əkini sahələri 1,5% artıb
İranda buğda əkini sahələri 1,5% artıb

Bakı. Elnur Bağışov - Trend:

Cari ildə (21 mart 2018-dən başlayaraq) ötən illə müqayisədə İranda buğda əkini sahələri 1,5% artıb

Trend-in məlumatına görə, bu sözləri Gənc Jurnalistlər Klubu (YJC) müsahibədi zamanı İranın Kənd Təsərrüfatı Nazirliyinin Buğda Planı icraçısı İsmayıl İsfəndiyaripur deyib.

Onun sözlərinə görə, son statistikalara əsasən 23 sentyabrdan indiyədək 4 milyon 210 min hektar sahədə buğda əkilib. Onun 1 milyon 120 min hektarı süni suvarma əkin sahələri, 3 miyon 90 min hektarı isə dəmyə əkinçiliyi sahələrinə (dry farming) aiddir. Süni suvarma əkin sahələrində ötən illə müqayisədə 7% azalma olsa da, dəmyə əkinçiliyi sahələrində 5% artım olub.

İsfəndiyaripur əlavə edib: "İndiyədək vilayətlərdə buğda əkini proqramının 73%-i yerinə yetirilib. Münasib əkin şəraiti və yağıntılara əsasən dördüncü il ardıcıl olaraq iin sonunadək buğda istehsalında İranın özünü təmin edəcəyi proqnoz edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti