...

Meksikada təyyarənin sərnişinləri göyərtədə tapılan naməlum əşya səbəbindən təxliyə edilib

Dünya xəbərləri Materials 26 Noyabr 2018 05:48 (UTC +04:00)

Bakı. Trend:

Meksika paytaxtının hava limanın "Volaris" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində naməlum əşya aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə hava limanın rəsmi nümayəndəsi Santyaqo Arquelyo bildirib.

Onun sözlərinə görə, San-Antonio - Mexiko reysini həyata keçirən təyyarənin göyərtəsində naməlum əşyanın tapılması səbəbindən sərnişinlər təxliyə edilib.

Rəsmi nümayəndə, əşyanın təhlükəli olub-olmaması barədə məlumat verməyib.

"Volaris" aviaşirkəti hələki insidenti şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti