Bakı. Tural Turan - Trend:
Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Tunisə səfər edib. Trend-in məlumatına görə, onu Tunis Prezidenti Beji Kaid əs-Sebsi hava limanında qarşılayıb.
Səfər çərçivəsində ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, vəliəhd şahzadənin regiona turnesi 23 noyabrda başlayıb. Turne çərçivəsində vəliəhd şahzadə artıq BƏƏ, Bəhreyn və Misirə səfər edib.