Əfqanıstanda daha bir PARTLAYIŞ - Daha 6 ölü

Dünya xəbərləri Xəbər 17 Dekabr 2018 15:11 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Loqar vilayətində partlayış baş verib.

Trend-in məlumatına görə, avtomobilin partlaması nəticəsində 6 dinc sakin həlak olub.

Vilayətin polis idarəsinin rəsmisi Şapur Əhmədzai bildirib ki, avtomobil yol bombasının partlaması nəticəsində partlayıb.

Onun sözlərinə görə, Puli-Alam şəhərindən Çarx rayonuna hərəkət edən avtomobildəki bütün sərnişinlər ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti