Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulun sahilyanı bölgələrində güclü qasırğa tüğyan edir.
Trend-in məlumatına görə, şəhərin Beylikdüzü rayonunda bir sıra ofislər və evləri su basıb.
Arnavutköy rayonunda binadan altı nəfər təxliyə edilib.
Bundan başqa, Şile rayonunda gəminin saya oturduğu bildirilib.