Bakı. Trend:
Venesuelanın Miranda ştatında 13 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Trend-in məlumatına görə, qəza nəticəsində 1 nəfər həlak olub, 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, yol qəzası iki sərnişin avtobusu və 11 şəxsi avtomobilin iştiraklı ilə baş verib. Hadisə yerində xilasedicilər və qəzanın səbəbini araşdıran polis əməkdaşları çalışır.