...

Fransada etiraz aksiyalarında 50 min insan iştirak edir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Yanvar 2019 23:53 (UTC +04:00)
Fransada "sarı jiletlər" hərəkatının keçirdiyi etiraz aksiyalarında azı 50 min insan iştirak edir
Fransada etiraz aksiyalarında 50 min insan iştirak edir (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 21:20-də yayılıb)

Bakı. Trend:

Fransada "sarı jiletlər" hərəkatının keçirdiyi etiraz aksiyalarında azı 50 min insan iştirak edir.

Trend-in məlumatına görə, bu barədə "France Info" radiostansiyası daxili işlər naziri Kristof Kastanerin bəyanatıan istinadla xəbər verir.

"Monde" nəşrinin məlumatına əsasən, paytaxt Parisdə etiraz aksiyalarında 4 minə yaxın insan iştirak edir.

Paris və digər şəhərlərdə etiraz aksiyaları hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşaiyət edilir.

XXX

21:20

Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar 8-ci etiraz aksiyasında azı 25 min insan iştirak edir.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə hüquq-mühafizə orqanlarından bildiriblər.

Xatırladaq ki, daha əvvəl Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti