...

"Taliban" bəlası Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü

Dünya xəbərləri Materials 7 Yanvar 2019 11:19 (UTC +04:00)
Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.
"Taliban" bəlası Əfqanıstanda 10 polis və 3 hərbçini öldürdü

Bakı. Trend:

Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 13 hərbçi və polisin həlak olduğu bildirilir. Həlak olanlardan 10 nəfərin polis, 3 nəfərin isə hərbçi olduğu qeyd edilir.

Bildirilir ki, silahlılar qəfildən polis və hərbi postlara hücum edib. Hücum nəticəsində 15 terrorçunun da məhv edildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti