...

İranın xarici işlər naziri Hindistana gedir

Dünya xəbərləri Materials 7 Yanvar 2019 14:45 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük iqtisadi heyətin, o cümlədən İran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədri Qulamhüseyn Şafeinin müşayiəti ilə bu gün Hindistana səfər edəcək.
İranın xarici işlər naziri Hindistana gedir

Bakı. Elnur Bağışov - Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük iqtisadi heyətin, o cümlədən İran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədri Qulamhüseyn Şafeinin müşayiəti ilə bu gün Hindistana səfər edəcək.

Trend-in məlumatına görə, 4 günlük səfər çərçivəsində özəl sektorun nümayəndələri ilə müzakirələr, Hindistanın Sənaye Konfederasiyası ilə əməkdaşlıq memorandumunun imzalanması və İran-Hindistan birgə palatasının təşkil olunması haqda məsləhətləşmələr aparılacaq.

Səfər zamanı ticarət, bank, nəqliyyat və gömrük maneələrinin müəyyənləşdirilməsi və aradan qaldırılması, İran və Hindistanın üstün ticarət anlaşması və Çabəhar limanında birgə investisiya haqda müzakirələr aparılacaq.

Dərman preparatları və maddələri, tibbi avadanlıqlar, bitki dərmanları, avtomobil hissələri, elektron avadanlıqları, neft-kimya və kimya maddələri, toxuculuq, səhiyyə, turizm sahələrində 30-dan artıq istehsalçı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədrini müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti