...

Mey: Brexit-in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq

Dünya xəbərləri Materials 15 Yanvar 2019 10:05 (UTC +04:00)
Brexit-in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq.
Mey: Brexit-in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq

Bakı. Trend:

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) haqqında 2016-cı ildə keçirilmiş referendumun yekununu reallaşdırmaq zəruridir, yoxsa krallığın demokratiya institutlarına inam sarsılacaq.

Trend-in məlumatına görə, bunu Britaniyanın Baş naziri Tereza Mey bəyan edib.

Baş nazir parlament üzvlərini Britaniya xalqının demokratiya institutlarına inamının qorunması üçün fəaliyyətlərinin nəticələrini nəzərə almağa çağırıb: "Vestminster sarayında bir sıra parlamentarilər "Brexit"i təxirə salmaq, hətta dayandırmaq və bunun üçün bütün imkanlardan istifadə etmək istəyir".

Onun fikrincə, belə olan halda insanların demokratik prosesə və siyasətçilərə inamı ciddi zərbə alacaq: "Hər birimiz referendumun nəticəsini həyata keçirməyə borcluyuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti