...

Tbilisidə partlayış nəticəsində 4 nəfər ölüb, ölkədə matəm elan olunub

Dünya xəbərləri Materials 17 Yanvar 2019 00:15 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.
Tbilisidə partlayış nəticəsində 4 nəfər ölüb, ölkədə matəm elan olunub

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Diqomi rayonunda baş verib. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti