...

Ermənistanı qurd basıb

Dünya xəbərləri Materials 18 Yanvar 2019 16:31 (UTC +04:00)
Son 10 il ərzində Ermənistandan exinokokkoza yoluxma halları artıb
Ermənistanı qurd basıb

Bakı. Trend:

Son 10 il ərzində Ermənistanda exinokokkoza yoluxma halları artıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Cərrahlar Assosiasiyasının rəhbəri Muşex Miricanyan deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma halları son iki ildə daha çox artıb:

“Əgər, 90-cı illərdə qaraciyər exinokokkozu ilə əlaqədar ayda bir dəfə əməliyyat edirdimsə, indi 9-10 əməliyyat olur”.

Qeyd edək ki, exinokokkoz qaraciyər, ağciyər və digər daxil orqanlarda exinokokk qurdlarınn səbəb olduğu xəstəlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti