...

Pakistanda yanacaq daşıyan yük maşını avtobusla toqquşub: çoxlu sayda ölən var

Dünya xəbərləri Materials 22 Yanvar 2019 02:21 (UTC +04:00)
Pakistanda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ən azı 26 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Pakistanda yanacaq daşıyan yük maşını avtobusla toqquşub: çoxlu sayda ölən var

Bakı. Trend:

Pakistanda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ən azı 26 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, avtobus Karaçidən Pandjqura yollanırdı. Yük avtomobili yanacaq daşıdığından, qəzadan sonra hadisə yerində yanğın baş verib.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 5-i kritik vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti