...

Ərdoğan: Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir

Dünya xəbərləri Materials 23 Yanvar 2019 19:08 (UTC +04:00)
Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar.

R.T.Ərdoğanın sözlərinə görə, Ankara və Moskva mühüm müttəfiqlərdir.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyaya bir günlük səfərə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti