...

Türkiyədə qasırğanın vurduğu ziyanın həcmi ŞOKA saldı

Dünya xəbərləri Materials 28 Yanvar 2019 13:13 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində ard-arda baş vermiş qasırğan bölgəyə 100 milyon lirə həcmində ziyan vurub
Türkiyədə qasırğanın vurduğu ziyanın həcmi ŞOKA saldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya vilayətində ard-arda baş vermiş qasırğan bölgəyə 100 milyon lirə həcmində ziyan vurub.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, təbiət hadisəsinin bütün fəsadları aradan qaldırılacaq.

R.T.Ərdoğan əlavə edib ki, qasırğa zamanı küləyin sürəti 133 kilometr/saata çatıb.

Xatırladaq ki, 24-26 yanvar tarixlərində Antalyada tüğyan etmiş 5 qasırğa nəticəsində 2 nəfər həlak olub, 20-dən çox şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti