...

Tramp: İran nüvə razılaşmasına riayət etmir

Dünya xəbərləri Materials 3 Fevral 2019 19:24 (UTC +04:00)
İran nüvə razılaşmasına riayət etmir
Tramp: İran nüvə razılaşmasına riayət etmir

Bakı. Trend:

İran nüvə razılaşmasına riayət etmir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS" telekanalına müsahibəsi zamanı bildirib.

Jurnalistin "ABŞ kəşfiyyatı iddia edir ki, İran nüvə proqramı haqqında razılaşmaya riayət edir" cümləsinə D.Tramp bildirib: "Mən onlarla razı deyiləm. Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razılaşmaq məcburiyyətindəyəm".

D.Tramp bildirib ki, kiçik Corc Buş kəşfiyyatın İraqın "kütləvi qırğın silahlarının bütün növlərinə" malik olduğu barədə məlumata inandı: "Kəşfiyyatın bu əməkdaşları nə etdiklərini qətiyyən anlamırdılar və bizi heç vaxt iştirak etməyimiz lazım olmayacaq müharibəyə qarışdırdılar".

Xəbər lenti

Xəbər lenti