...

Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb

Dünya xəbərləri Materials 17 Fevral 2019 10:09 (UTC +04:00)
Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb

Bakı. Trend:

Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Daha öncə 6 nəfərin öldüyü bildirilirdi.

Trend-in məlumatına görə, 41 yaşlı qadın dünyasını dəyişib. Qadın tornado zamanı bir neçə zədə almışdı və iki əməliyyat keçirmişdi. Buna baxmayaraq o, fevralın 14-ü dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın sonunda Kubanın paytaxtı Havanada tornado baş verib, nəticədə 200-ə yaxın insan xəsarət alıb. Hadisə nəticəsində 1200-dən çox bina qismən və yaxud tam olaraq dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti