...

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Dünya xəbərləri Materials 22 Fevral 2019 06:00 (UTC +04:00)
Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "UOL" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə stinadən xəbər verir. Daha əvvəl 165 nəfərin öldüyü bildirilirdi.

Bildirilir ki, həlak olanların hamısının kimliyi müəyyən edilib. Daha 134 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti