...

Tramp: Kim Çen Inla göz-gözə görüşəcəyəm

Dünya xəbərləri Materials 25 Fevral 2019 10:52 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp fevralın 27-28-də Xanoedə keçirilən sammit zamanı KXDR-in lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib.
Tramp: Kim Çen Inla göz-gözə görüşəcəyəm

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp fevralın 27-28-də Xanoedə keçirilən sammit zamanı KXDR-in lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Trend-in məlumatına görə, Prezidentin bu çıxışın stenoqramını Ağ Ev yayıb.

O deyib: "Əminəm, göz-gözə görüşəcəyik... Amma nə baş verəcək, sizə indidən deyə bilmərəm... Nə qədər ki, raket və nüvə sınaqları keçirilmir, biz xoşbəxtik".

Dövlət başçısı həmçinin vurğulayıb ki, onun Kim Çen Inla yaxşı münasibətləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti