...

İranda kütləvi zəhərlənmə - Spirtli içkilərdən

Dünya xəbərləri Materials 25 Fevral 2019 12:56 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayətinin Əhər rayonunda kütləvi zəhərlənmə baş verib.
İranda kütləvi zəhərlənmə - Spirtli içkilərdən

Bakı. Elnur Bağışov – Trend:

İranın Şərqi Azərbaycan vilayətinin Əhər rayonunda kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, faktı İranın Şərqi Azərbaycan vilayəti Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Höccət Purfəthi təsdiqləyib. Onun sözlərinə görə, zəhərlənmə saxta spirtli içkilərdən baş verib.

H.Pürfəthi zəhərlənənlərin sayının 73 nəfərə çatdığını qeyd edib. Həkimin sözlərinə görə, zəhərlənənlərdən 28 nəfəri Təbrizin Sina xəstəxanasına yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Məlumata görə, digər zəhərlənənlər isə Əhər rayonu Baqirulülum xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti