...

Ərdoğan: Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq

Dünya xəbərləri Materials 27 Fevral 2019 05:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsi zamanı bildirib.

T.Ərdoğan deyib: "S-400 məsələsində artıq dala addım atmaqdan söhbət belə gedə bilməz".

Bundan əlavə, Türkiyə prezidenti Türkiyə prezidenti "Petriot" zenit-raket komplekslərinin də alınmasının mümkün olduğunu bildirib: "Məsələ "Petriot" sistemlərinə gəldikdə əgər bizə yaxşı şərtlər təklif edilsə, biz onları nəzərdən keçirə bilərik. Biz alternativ variantları öyrənməyə borcluyuq".

Xəbər lenti

Xəbər lenti