...

İranda zəlzələ olub

Dünya xəbərləri Materials 2 Mart 2019 15:38 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın mərkəzində yerləşən Kirman vilayətinin Hocedk şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 13:34 dəqiqədə 6 km dərinlikdə qeydə alınıb.

Vilayətin Fövqəladə Hallar İdarəsinin baş direktoru Məcid Səidi zəlzələ nəticəsində indiyədək insan itkisinin olmadığını bildirib.

Xatırladaq ki, ötən il noyabrda İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti