...

İstanbulda saxta zərgərlik əşyaları satıcılarına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 5 Mart 2019 17:04 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində polis saxta zərgərlik əşyaları satıcılarına qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyatlar ölkənin digər şəhərlərində də davam edib.

Ümumilikdə, əməliyyatlar nəticəsində 89 nəfərin saxlanıldığı bildirilir.

Bundan başqa, 125 nəfər saxta zərgərlik məmulatı satıcısı axtarışa verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti