Bakı. Trend:
ABŞ-ın Merilend ştatının polisləri ölkədə axtarışda olan cinayətkarların ilk onluğunda yer alan şəxsi saxlayıblar.
Trend-in məlumatına görə, saxlanılan şəxs Lamint Stefensondur. O, ilk cinayətini 2014-cü ildə keçmiş sevgilisini qətlə yetirməklə işləyib.
Qeyd edilir ki, cinayətkarın baramq izlərinin olmaması onun tapılmasını çətinləşdirirdi. Polislərdə L.Stefensonun yalnız fotosu olub.
Bundan əlavə, Lamint Stefenson ötən həftə Vaşinqtonda öldürülən başqa qızın da qətlində şübhəli bilinir.