Bakı. Trend:
Suriyanın Mənbic şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışı avtomobili idarə edən terrorçu-intiharçı həyata keçirib. Partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
Qeyd edilir ki, partlayış şəhərin cənub-şərqində mal-qara bazarı yaxınlığında törədilib. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.