...

Şeremetyevo aeroportunda təyyarə qəza törətdi

Dünya xəbərləri Materials 13 Mart 2019 09:54 (UTC +04:00)
Moskvanın Şeremetyevo aeroportunda yük təyyarəsi qəza törədib.
Şeremetyevo aeroportunda təyyarə qəza törətdi

Bakı. Trend:

Moskvanın Şeremetyevo aeroportunda yük təyyarəsi qəza törədib.

Trend-in məlumatına görə, "Boeing 747" təyyarəsi yerdə hərəkətdə olarkən qanadı ilə elektrik dirəyini zədələyib.

Aeroportdan bildiriblər ki, dayanacağa doğru hərəkət edən təyyarənin dirəyə çırpılması ciddi fəsadlara yol açmayıb, problem dərhal həll edilib.

Hazırda yük təyyarəsinin konkret hansı şirkətə mənsub olduğu və hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti