...

İspaniyada insanları təxliyə edəcək təyyarə 11 nəfəri xəstəxanalıq edib

Dünya xəbərləri Materials 3 Aprel 2019 16:58 (UTC +04:00)
İspaniyanın Ueska əyalətində hərbi təyyarə qəza törədib
İspaniyada insanları təxliyə edəcək təyyarə 11 nəfəri xəstəxanalıq edib

Bakı. Trend:

İspaniyanın Ueska əyalətində hərbi təyyarə qəza törədib.

Trend-in məlumatına görə, hərbi təlimlərdə iştirak edən təyyarə idarəetməni itirərək aerodromun uçuş-eniş zolağından çıxıb.

Maraqlısı isə odur ki, həmin təyyarə təlim zamanı şərti təxliyə əməliyyatı keçirməli imiş. Lakin qəza nəticəsində, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, həmin hərbi təlimlərdə 3,5 mindən çox hərbçi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti