Bakı. Trend:
NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıdır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq: "Bizə güclə - hərbi imkanlara sərmayə qoyuluşu - və dialoq arasında balans tapmaq lazımdı. Rusiya bizim qonşumuzdur. Rusiya heç yerə getməyəcək, biz də Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq".
Bununla əlaqədar o qeyd edib ki, Moskva ilə dialoqun vacibliyinə inanır.