...

Avstriyada sərnişin qatarı yük avtomobili ilə toqquşdu - Yaralılar var

Dünya xəbərləri Materials 4 Aprel 2019 15:33 (UTC +04:00)
Vyanada yük avtomobili sərnişin qatarı ilə toqquşub.
Avstriyada sərnişin qatarı yük avtomobili ilə toqquşdu - Yaralılar var

Bakı. Trend:

Vyanada yük avtomobili sərnişin qatarı ilə toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində qatar relsdən çıxıb. Məlumata görə, sərnişinlər dərhal təxliyə edilib.

Hadisədə 15 nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı şəraitdə baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti