Bakı. Trend:
Böyük Britaniya parlamentinin aşağı palatasında dinləmələr damın axmasına görə vaxtından əvvəl dayandırılıb.
Trend-in məlumatına görə, bank kreditlərinin ödənilməsi ilə əlaqədar məsələni müzakirə edən parlament üzvlərinə damdan axan suyun səsi mane olub. Bu səbəbdən İcmalar Palatasının vitse-spikeri Lindsi Hoyl iclası dayandırıb.
Daha sonra iclası yekunlaşdırmaq qərarı verilib.