Bakı. Trend:
Tayvanın Qaosün şəhərində "Cathay Dragon" aviaşirkətinin təyyarəsi qəza enişi edib.
Trend-in məlumatına görə, enişə səbəb təyyarənin mühərriklərindən birində qəfil tüstülənmə olub. Qaosün-Honkonq maşrutu üzrə hərəkəti nəzərdə tutulan təyyarə 08:02-də havaya qalxıb, ancaq tezliklə hava limanına qayıtmalı olub.
Göyərtəsində 317 nəfər olan təyyarə 08:31-də enib. Qəzanın səbəbləri araşdırılır, ehtimal olunur ki, tüstülənmə quşla toqquşma səbəbindən baş verib.