...

Tripolidə toqquşmalar nəticəsində ölənlərin sayı 51-ə çatıb

Dünya xəbərləri Materials 9 Aprel 2019 06:21 (UTC +04:00)

Bakı. Trend:

Tripolidə feldmarşal Xəlifə Həftarın Liviya Milli Ordusu və beynəlxalq cəmiyyət tərəfindən tanınmış Milli Həmrəylik Hökumətinin qoşunları arasında toqquşmalar davam edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində ölənlərin satı 51 nəfərə çatıb. Onların arasında dinc vətəndaşların da olduğu bildirilir.

Daha əvvəl "Agence France-Presse" agentliyi 32 nəfərin öldüyü və təxminən 50 nəfərin yaralandığı barədə xəbər verirdi.

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən, Liviyanın paytaxtında toqquşmalar baş verən yerdən yaralıları təxliyə etməyə çalışan iki həkim həlak olub.

Xəbər lenti

Xəbər lenti