...

Tailandda 3 gün ərzində 174 nəfər yol qəzalarında ölüb

Dünya xəbərləri Materials 14 Aprel 2019 21:11 (UTC +04:00)
Tailandda Sonqkran (Yeni ilin analoqu) bayramında, sonra 3 gün ərzində 1665 yol qəzası baş verib
Tailandda 3 gün ərzində 174 nəfər yol qəzalarında ölüb

Bakı. Trend:

Tailandda Sonqkran (Yeni ilin analoqu) bayramında, sonra 3 gün ərzində 1665 yol qəzası baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yol qəzaları nəticəsində azı 174 nəfər həlak olub, 1728 nəfər isə xəsarət alıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yol qəzalarının sayı 9,7 faiz, ölənlərin sayı 17,1 faiz, xəsarət alanların sayı isə 9,4 faiz azalıb.

Qeyd edilir ki, ötən il olduğu kimi, bu il də yol qəzalarının əsas səbəbi sərxoş vəziyyətdə avtomobili idarəetmə (38 faiz) və sürət həddinin aşılması (27,5 faiz) olub. Qəzaların əksəriyyətində (79,6 faiz) motosikletlər iştirak edib.

Son 3 gün ərzində 2,62 milyon avtomobil postlarda saxlanılıb, 91,3 min insanın sərxoş vəziyyətdə olduğu müəyyən edilib, onlardan 2294 nəqliyyat vasitəsi müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti