...

Parisdə Notr-Damı brezentlə örtməli oldular

Dünya xəbərləri Materials 24 Aprel 2019 06:32 (UTC +04:00)
Sənaye alpinistlərdən ibarət qrup Parisdə yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin damına brezentin montajı üzrə işlərə başlayıb.
Parisdə Notr-Damı brezentlə örtməli oldular

Bakı. Trend:

Sənaye alpinistlərdən ibarət qrup Parisdə yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin damına brezentin montajı üzrə işlərə başlayıb.

Trend-in məlumatına görə, örtük işəridə olan bəzəyi, həmçinin kilsənin konstruksiyalarını yağlşdan qorumağa imkan yaradacaq. Meteoroloqların proqnozlarına görə, Parisdə cümə axşamı gününə qədər yağış yağacağı gözlənilir.

Ümumilikdə işlərə 25 mütəxəssis cəlb olunub, onlardan bəziləri sənaye alpinistləridir.

Notr-Damı brezentlə müvəqqəti olaraq örtəcəklər. Daha sonra onun üzərinə daha möhkəm konstruksiyanın quraşdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti