...

Kanadada 12 mindən çox insan daşqınlara görə təxliyə olunub

Dünya xəbərləri Materials 1 May 2019 08:29 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Kvebek, Nyu-Bransuik və Ontario vilayətlərində 12 mindən çox insan daşqınlara görə evlərini tərk etməli olub.

Trend-in məlumatına görə, Kvebekdə çayların daşmasına görə 10 mindən çox insan evini tərk edib. Hal-hazırda vilayərdə 6,7 mində çox evi basıb, daha 3,4 min ev isə su ilə əhatə olunub.

Nyu-Bransuik vilayətində eyni səbəbdən 9,2 min ev zərər çəkib, Ontarioda isə - mindən çox ev.

Qeyd olunan yerlərdə 2,5 mindən çox Kanadanın Silahlı Qüvvələrinin hərbçisi var. Onlar könüllülərlə birgə çay sahilləri boyu bəndlər quraşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti