...

Harri və Meqan Marklın yeni doğulmuş körpələrinin İLK FOTOSU

Dünya xəbərləri Materials 8 May 2019 16:28 (UTC +04:00)
Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrini Vindzorda fotosessiya zamanı ictimaiyyətə göstəriblər.
Harri və Meqan Marklın yeni doğulmuş körpələrinin İLK FOTOSU

Bakı. Trend:

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrini Vindzorda fotosessiya zamanı ictimaiyyətə göstəriblər.

Trend-in məlumatına görə, mayın 6-da dünyaya gəlmiş körpənin adı yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, bu körpənin doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti