...

Yaponiyada avtobus 10 metrlik dərəyə yuvarlandı

Dünya xəbərləri Materials 10 May 2019 18:40 (UTC +04:00)
Yaponiyanın Honsü adasında turistləri aparan avtobus 10 metrlik dərəyə yuvarlanıb
Yaponiyada avtobus 10 metrlik dərəyə yuvarlandı

Bakı. Trend:

Yaponiyanın Honsü adasında turistləri aparan avtobus 10 metrlik dərəyə yuvarlanıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, avtobusda yaşı 50-dən yuxarı olan 19 yerli turist olub.

Sürücü avtobusdan çıxarkən mühərriki söndürmədiyi üçün avtobus dərəyə düşüb.

Sürücü polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti