...

Meksikada pirotexnika bazarında partlayış: ölən var

Dünya xəbərləri Materials 12 May 2019 01:41 (UTC +04:00)
Meksikanın Tultepek şəhərində pirotexnika bazarında partlayış baş verib.
Meksikada pirotexnika bazarında partlayış: ölən var

Bakı. Trend:

Meksikanın Tultepek şəhərində pirotexnika bazarında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Qeyd edək ki, Tultepek Meksikada pirotexnikanın hazırlandığı əsas mərkəzlərdən biridir. Pirotexnikanın böyük hissəsi burada qeyri-leqal istehsal olunur.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Tultepekdə pirotexnika bazarında baş vermiş partlayış 40-dan çox insanın ölümünə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti